Avtomobillərin paradı keçiriləcək - Bakıda

Azərbaycan Avtomobil Federasiyası (AAF) noyabrın 9-da Dövlət Bayrağı Günü münasibətilə klassik avtomobillərin paradını təşkil edəcək. Federasiyadan Avtosfer.az-a verilən məlumata görə, bununla əlaqədar AAF klassik avtomobil sahiblərini parada iştirakçı kimi dəvət edir. 1980-ci ilədək istehsal olunan klassik avtomobillərin sahibləri 8 noyabr saat 19:00-dək Avtomobil Federasiyasında qeydiyyatdan keçə bilər. İştirak etmək istəyən şəxslərdən qeydiyyat üçün Avtomobil Federasiyası ilə (012) 505 60 03 və ya (050) 295 01 00 telefon nömrələri, eləcə də [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamaları xahiş olunur. Qeydiyyatdan keçən avtomobillər 9 noyabr saat 09:00-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdır. Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək avtomobillər Bakı şəhərində dövrə vuraraq yürüşü Dövlət Bayraq Meydanınadək davam etdirəcək. Dövlət Bayrağı Meydanında, həmçinin yürüşdə iştirak edən klassik avtomobillərin sərgisi olacaq.
Azərbaycan Avtomobil Federasiyası və Dövlət Bayrağı Meydanı hər bir kəsi 9 noyabr tarixində saat 12:00-dan 16:00-dək klassik avtomobillərin sərgisinə dəvət edir.
Sərgiyə giriş sərbəstdir.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












