“Avtoş KAMAZ” Bakı küçələrində – VİDEO

14 dəfə "Dakar" rallisinin qalibi olan "KAMAZ-master" ekipajları Bakıya səfərə gəlib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, "Dakar 2015" rallisinin qalibi, "İpək Yolu" rallisinin ikiqat qalibi, Rusiya Federasiyasının Əməkdar idman ustası Ayrat Mardeyev 7 metrlik "KAMAZ" markalı idman yük maşınını Heydər Əliyev Mərkəzi ətrafında idarə edib.
Məlumat üçün bildirək ki, "KAMAZ" markalı idman yük maşınının ağırlığı 9 tondur. Nəqliyyat vasitəsinin maksimal sürəti saatda 170 kilometr təşkil edir. 100 km/s sürəti yığmaq üçün 8 saniyə kifayət edir. Avtomaşın 100 km-ə 120-140 litr dizel işlədir. İdman yük maşınını görən paytaxt sakinləri nəqliyyat vasitəsinə böyük maraq göstəriblər. "KAMAZ-master" ekipajı bildirib ki, onlar paytaxt küçələrində yürüş edəcəklər. Qeyd edək ki, "KAMAZ-master" ralli yarışlarında iştirak etməkdə ixtisaslaşan avtomobil yarışı komandasıdır. Komanda "KAMAZ" markalı nəqliyyat vasitələri ilə çıxış edir. "KAMAZ-master" ekipajları 14 dəfə "Dakar" rallisinin qalibi olublar. Onlar idman yük maşınları sinfində dünya avtoidmanının ən güclü komandası kimi tanınır. Komandanın tərkibinə Dünya Kubokunun 5 sahibi, beynəlxalq dərəcəli 8 idman ustası daxildir. Xatırladaq ki, bir müddət öncə rusiyada yaşayan biznesmen Vaqif Məmişovun qardaşı oğlu İlkin Məmişov "KAMAZ” markalı idman yük maşınını yüksək sürətlə idarə edərək, müzakirələrə səbəb olmuşdu. Belə ki, onun idarə etdiyi yük maşını saatda 160 kilometr sürətlə hərəkət edən minik avtomobilini ötüb keçmişdi. Rusiya mediası milyarder qohumunun həmin avtomobili 4,8 milyon rubla aldığını qeyd etmişdi.
"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI
Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ
Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA










