Azərbaycanlı milyarderin 17 yaşlı oğlunun maşınları və model sevgilisi – FOTO

Sankt-Peterburqdakı azərbaycanlı diasporunun lideri, milyarder-oliqarx Vaqif Məmişovun 17 yaşlı oğlu Rusiyanın maqazin mediasının ulduzuna çevrilir. Avtosfer.az virtualaz.org-a istinadən bildirir ki, yeniyetmə Rasim Məmişov piterli model Polina Smirnova ilə sevgilidir və fotolarını özünün İnstagram səhifəsindən paylaşıb. Life.ru yazır ki, 18 yaşlı Polina Smirnova bu yaxınlara qədər dizayner Ulyana Sergeyevnanın qardaşı Aleksandrla birlikdə idi. 2015-ci ilin sonlarında “Tatlet” jurnalı onları Moskvanın yeni elit cütlükləri siyahısına daxil etmişdi. Lakin bir il sonra cütlük ayrılıb. Əvəzində Polinanın həyatına azərbaycanlı milyarder-oliqarxın varisi Rasim Məmişov daxil olub.
Özünə inamlı, gələcəyindən tam arxayın gənc məmuniyyətlə özünün dəbdəbəli həyatından fotoları sosial şəbəkələrdə paylaşır. Məlum olur ki, digər oliqarx balaları kimi onu da bahalı əyləncələr və avtomobillər özünə cəlb edir. 11-ci sinif şagirdi olan Rasimin kolleksiyasında artıq “Chevrolet Tahoe”, “Mercedes Gelandewagen” və ağ rəngli “Audi R8” sportkarı var.
Rasimin sevgilisi də kasıb ailədən deyil. Polina Smirnova “Regional mehmanxana biznesi” şirkətlər qrupunun rəhbərinin qızıdır. Gənclər elitar piter gimnaziyası “Alma-mater”də tanış olublar. Bu gimnaziyada aylıq təhsil haqqı təxminən 1100 dollardır. Polina Rasimdən bir yaş böyükdür və artıq tələbədir, Sankt-Peterburq Dövlət İqtisadiyyat Universitetində təhsil alır.
Gənclər yay tətilinin bir qismini birlikdə keçiriblər. İtaliyanın Milan şəhərində onlar görməli yerləri, elit butikləri gəziblər. İtaliyada istirahətdən sonra Polina Yunanıstana, valideynlərinin yanına gedib, Rasim isə Bakıya, qohumlarının yanına gəlib. Ancaq cəmi bir ay sonra onlar Monakoda yenidən bir araya gəliblər. Cütlük Monte-Karlonun ən yaxşı restoranlarında çəkdirdikləri şəkilləri paylaşıblar.
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










