Bağa atılmış paslı maşın milyonlara satılacaq – FOTO

Dünən Britaniyada keçirilmiş hərraclardan birində 3,8 litrlik mühərrikə malik, 1-ci seriyadan olan Jaguar E-Type 60 min funt-sterlinqə satılıb. Bu avtomobili 1963-cü ildə "Sounj City" studiyasının sahibi, "The Beatles" qrupunun loqotipini yaratmış Ayvor Aybiter satın almışdı. Avtosfer.az xəbər verir ki, bu barədə milli.az dailymail-ə istinadən bildirir ki, maşın sonradan dəfələrlə satlmış və sonda 1967-ci ildə məşhur kolleksioner Frenk Riçis tərəfindən 855 funta alınmışdı. Frank Riçis maşını Surrey qraflığındakı Bisli şəhərindəki malikanəsinin bağına atmışdı və avtomobil ötən ilin sonlarınadək orada qalmışdı. Ötən ilin sonunda maşını 62 min funt-sterlinqə almışdılar. Ekspertlərin dünyanın ən gözəl avtomobili hesab etdiyi bu maşın hazırda ən nadir avtomobillərdən biri sayılır.
Maşını AUCTIONEERS COYS hərracında almış şəxsin dediyinə görə, onun rekonstruksiyasına 100 min funt sərf edəcək. Maşın tam, orijinal təmirdən çıxandan sonra isə onun qiyməti ən azı 14 milyon dollar olacaq.



Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












