Bakıda ən bahalı avtomobillər - yarım milyon dollardan yuxarı

Azərbaycanda avtomobil satış mərkəzlərində qiyməti 500 min dollardan yuxarı olan avtomobillər mövcuddur. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə əmlak üzrə ekspert Vaqif Hüseynov deyib. V.Hüseynov bildirib ki, "Bentley", "Rolls-Royce", "Maserati" markalı avtomobillərin qiyməti 500 min dollardan yuxarı olan modelləri satış mərkəzlərində təklif edilir. Onun sözlərinə görə, bu cür avtomobillərdən Bakıda istifadədə olunanları da var.Ekspert əlavə edib ki, artıq Bakıya elektrik enerjisi islə işləyən "Tesla" avtomobilləri də gətirilib. O qeyd edib ki, Bakıda olan bu avtomobillərin sayı məhduddur.
V.Hüseynov əlavə edib ki, Azərbaycana gətirilən "Tesla" avtomobillərinin qiyməti təqribən 250-300 min dollar civarındadır. Ekspert deyib ki, bu cür avtomobillərin satış aktivliyi barəsində dəqiq məlumat demək çətindir: "Çünki həmin avtomobillər maşın bazarında satışa çıxarılmır, əsasən avtosalonlarda təklif edilir və sifarişlə gətirilir".
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












