Bakıda fantastik qiymətə 62 ilin maşını satılır - VİDEO

Öz dövründə olduğu kimi, indi də bir çoxları üçün əlçatmazdır. 62 ilin avtomobili 100 min dollar satılır. "GAZ 12 ZİM" markalı bu avtomobil, 1954-cü il istehsalıdır. Amma sanki zavoddan təzə çıxıb. Avtomobil mexaniki sürət qutusuna malikdir. İstəhsal edildiyi gündən 62 il ötməsinə baxmayaraq, saz vəziyyətdədir. Üstəlik heç bir detalı da dəyişdirilməyib.
Mühərrikinin həcmi 2,1 litr olan maşın yegane müdaxilə yenidən cilalanmasıdır. Çünki yarım əsrdən artıq yaşı olan avtomobilin rəngi solubmuş. Avtomobil 22 ildir ki, İmanqulu İmanquliyevdədir. Sahibinin sözlərinə görə, maşın bu illər ərzində sürülməyib və qarajda saxlanılıb.
Avtomobilin uzunluğu 5 metrdən çoxdur. Salon, zəngin görnüşü ilə diqqət çəkir. Maşın, siqaret çəkmək üçün elektrik alışqanı, külqabı və bir həftəliyə qurula bilən saatla təchiz olunub. Radiosu işləsə də müassir dalğanı qəbul etmədiyindən alıcı ona əlavə qurğu quraşdırmalı olacaq. Yəni bu avtomobil dövrünün ən komfortlu komlektasiyasına malikdir.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












