Bakıda klassik avtomobillərin paradı başladı - FOTO

Azərbaycan Avtomobil Federasiyası (AAF) Dövlət Bayrağı Günü münasibəti ilə bu gün Bakıda klassik avtomobillərin paradını keçirir.
Avtosfer.az xəbər verir ki, paradda 1980-ci ilədək istehsal olunan klassik avtomobillər iştirak edir. Klassik avtomobillər saat 11:00-da Heydər Əliyev Mərkəzinin qarşısından yürüşə başlayıb. Avtomobillər Bakı şəhərində dövrə vuraraq yürüşü Dövlət Bayraq Meydanında başa vuracaq.
Paradda 1949-1980-ci il istehsalı olan 70-dən çox avtomobil iştirak edir.
Tədbirə Prezident İlham Əliyevin qızı Arzu Əliyeva, müğənni Nigar Camal, tanınmış teleaparıcı Hacı Nuran da qatılıb.
Dövlət Bayrağı Meydanında, həmçinin yürüşdə iştirak edən klassik avtomobillərin sərgisi olacaq. Azərbaycan Avtomobil Federasiyası və Dövlət Bayrağı Meydanı hər bir kəsi saat 12:00-dan 16:00-dək klassik avtomobillərin sərgisinə dəvət edir.
Sərgiyə giriş sərbəstdir.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
































