Bakıda “Peking to Paris Motor Challenge” avtomobil yarışı start götürüb - FOTO

Dünyanın ən həyəcanverici avtomobil yarışlarından biri olan beynəlxalq “Peking to Paris Motor Challenge” yarışı ikinci dəfə yolunu Azərbaycandan salır. Avtosfer.az xəbər verir ki, retro avtomobillərin yürüşü Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Avtomobil Federasiyasının və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə təşkil olunur.
Baku Şəhər Halqası Əməliyyat Şirkətinin əməkdaşı Əlövsət Heydərov deyib ki, “Peking to Paris Motors Challenge” – XX əsrin avtomobil əfsanələri və onların heyətləri üçün əsl sınaqdır: "37 gün ərzində iştirakçılar 12 ölkədən keçərək 14 500 kilometr məsafə qət edəcəklər. Yarış 17 may tarixində Böyük Çin səddində start götürüb və Çin, Monqolustan, Qazaxıstan ərazilərindən keçərək artıq Azərbaycana çatıb".
Avtomobil həvəskarları bu nadir retro avtomobilləri Dənizkənarı Milli Parkda, “Yeddi Gözəl” fəvvarəsinin önündə keçirilən sərgi zamanı yaxından izləyə biliblər. Tədbirdə yürüşün ən “qocaman” iştirakçısı — 1917-ci il istehsalı American LaFrance Type 10, ən “gənc” avtomobil isə 1984-cü il istehsalı Toyota Hilux təqdim olunub.
İyunun 9-u isə Heydər Əliyev Mərkəzinin qarşısından yarışın Azərbaycandakı mərhələsinə start veriləcək. Bu mərhələ Qobustan, Şamaxı, Acınohur-Ceyrançöl düzünü və Azərbaycanın digər füsunkar bölgələrindən keçərək Qax şəhərində başa çatacaq. Azərbaycan ərazisində yarışda 55 retro avtomobil iştirak edir. 10 iyun tarixində iştirakçılar ölkəmizi tərk edərək Gürcüstan və Türkiyənin maraqlı marşrutları üzrə hərəkətlərini davam etdirəcəklər.Ardınca Bolqarıstan, Rumıniya, Macarıstan, Avstriya və İsveçrə ərazisindən keçərək, yarışın son dayanacağı olan Fransaya doğru yola çıxacaqlar.
Xatırladaq ki, Peking to Paris” avtomobil yürüşü ilk dəfə 1907-ci ildə baş tutub və yarış tarixində ikinci dəfədir ki, Azərbaycan ərazisindən keçir.
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək




















