Bakının bahalı avtomobil nömrələri - FOTO

Bakının mərkəzi küçə və prospektlərində şütüyən son model avtomobillərə tez-tez rast gəlirik. Lakin bu avtomobillər qədər onların dövlət qeydiyyat nişanı da insana "vau" dedirdən məqamlardan biridir. Bir çox avtomobil həvəskarları üçün son model avtomobili qədər onun qeydiyyat nişanı da böyük əhəmiyyət kəsb edir. Avtosfer.az milli.az-a istinadən avtomobil həvəskarlarına hal-hazırda müxtəlif sayt və sosial şəbəkələrdə satışa qoyulan bahalı dövlət qeydiyyat nişanlarını təqdim edir:
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, bəzi avtomobil sahibləri avtomobilin qiymətini qaldırmaq üçün dövlət qeydiyyat nişanını önə çəkir. Lakin nömrənin satılması qanunla qadağandır. DYP bildirir k, qeydiyyat nişanı avtomobilin üzərindən çıxarılıb hansısa qiymətə satıla bilməz. Nömrələr yalnız dövlət qiymətinə DYP tərəfindən verilir.



Qeyd edək ki, 2014-cü ildə Milli Məclisin növbədənkənar iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərdə prestijli avtomobil nömrələrinin qiymətləri də müəyyən olunub.
Fərqli seriyalardan olan 001, 002, 003, 004, 005, 006, 007, 008 və 009 kimi nömrələr həmin vaxtdan 1500 manata satılır.
Eyni seriya hərfləri olan nömrələrin qiyməti 2500 manatdır.
Misal üçün: 90-ЕЕ-005 nömrəsinin qiyməti 2500 manat, 90-ЕН-005 nömrəsinin qiyməti isə 1500 manat olmalıdır.
Fərqli seriyalardan olan 100, 200, 300, 400, 500, 600, 700, 800 və 900 kimi nömrələrin qiyməti 1000 manatdır. Bu nömrələr eyni seriyalıdırsa, 1500 manat olmalıdır.
Fərqli seriyalardan olan 111, 222, 333, 444, 555, 666, 777, 888 və 999 kimi nömrələrin qiymətləri 500 manatdır.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












