"Bentley" yenilənmiş "Mulsanne"ni təqdim etdi - FOTOLAR

"Bentley” şirkəti sedan "Mulsanne”-nin təkmilləşdirilmiş versiyasının sirrini açdı. Yeniliyin təqdimatı mart ayında Cenevrədəki avtosalonda keçiriləcək. Model Avropada bu yay satışa çıxarılacaq. Avtomobilin əsas rəqibləri "Rolls-Royce Phantom” və "Mercedes-Maybach S-Class”-dır. Restaylinq olunmuş sedan uzadılmış təkər bazası olan modifikasiya alıb ki, onun sayəsində arxa oturacaqdakı sərnişinlərin ayaqları üçün daha böyük yer alınıb. Bundan əlavə, yeni sedanı 6 nəfərlik salon modifikasiyası ilə də əldə etmək olar. Avtomobil fərqli radiator barmaqlığı, bamperlər və yeni optika ilə təchiz edilib.
Sedanın kapotu altında 6,75-litrlik benzin tvin-turbo V8 mühərriki quraşdırılıb. Restaylinqdən əvvəlki model də bu mühərriklə təchiz edilirdi. O, 512 a.g. və 1020 Nm fırlanma anı verir. Mühərrik 8-pilləli avtomat ZF sürət qutusu ilə hərəkət edir. Avtomobil 100 km/saata 5,1 saniyəyə sürətlənir. Maksimal sürət 300 km/saatdır.
"Bentley”, həmçinin yeni kabriolet "Mulsanne Grand Convertible”-ın təqdimatına hazırlaşır. Avtomobilin satışı 2017-ci ilin əvvəlində başlayacaq.









Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ
Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA
Almaniyanın avtomobil sənayesində məşğulluq səviyyəsi 5,8 faiz azalıb
Aİ-dən avtomobil sahəsində radikal dəyişiklik: Təkrar emal məcburiləşdirilir










