Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO

Britaniyalı bloqer Met Armstronq 2 milyon dollarlıq “Bugatti” avtomobilini özü təmir etməyə qərar verib.
Avtosfer.az xəbər verir ki, bloqer bu məqsədlə “Volkswagen” Qrupunun (VAG) müxtəlif avtomobillərində istifadə edilən detalları əldə etmək üçün 1200 funt sterlinq (təxminən 2700 manat) pul xərcləyib. Halbuki, rəsmi servisdə bu işlər üçün 20 000 funt (45 000 manat) tələb olunurdu. Fərq təxminən 16 dəfədir.
Məsələn, Armstronq alışdırma şamları və induksiya sarğacına 2100 manat xərcləyib. Dilerdə isə bu detallar 20 min manata təklif edilib. Bloqer bildirib ki, bir qədər dərin araşdırma apararaq milyonluq avtomobilin detallarının çoxunu ucuz modellərdə tapmaq mümkündür.
Qeyd edək ki, Fransanın “Bugatti” şirkəti “Volkswagen” Qrupuna daxildir və detalların bir çoxu bu qrupun digər brendlərində də tətbiq edilir. Ötən il bir fransız sürücü servisdə 1200 avroya (2400 manat) təklif edilən detalı (şüşəqaldıranın düyməsi) özü 5 avroya tapmışdı. Məlum olmuşdu ki, bu detal “Volkswagen Transporter”dəki ilə eynidir. Sadəcə olaraq, “Bugatti” milyonçular üçün olduğundan eyni detal dəfələrlə baha satılır.
Vüqar Yaşaroğlu


Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA
Almaniyanın avtomobil sənayesində məşğulluq səviyyəsi 5,8 faiz azalıb
Aİ-dən avtomobil sahəsində radikal dəyişiklik: Təkrar emal məcburiləşdirilir
“Tesla” bu problemə görə 20 mindən çox avtomobili geri çağırır: Səbəbi isə bu imiş
Loqo dəyişdi, müştərilər üz döndərdi
Çaylar quruyur, Hitler dövrünün maşınları üzə çıxır
Dünyanın ən böyük detal istehsalçıları
Cəmi 20 ədəd istehsalı olunmuş avtomobilin hamısını bir ailə aldı
Yeni “Bugatti” belə olacaq - FOTOLAR
Çin tarixinin ən böyük elektromobil partiyası yola salındı
Nadir "Porsche" rekord qiymətə satıldı - FOTO










