"BMW 7-series"-in yeni versiyası - FOTO

"Alpina" Cenevrədə keçiriləcək avtosalonda planlaşdırılan debütü gözləməyib yeni "B7"-nin sirrini açdı. "BMW 7-series"-in yeni versiyası 600 at gücü, çoxlu sürət və s. alıb. Avtosfer.az auto.az-a istinadən bildirir ki, "Alpina" mütəxəssisləri bəzəkdə ənənəyə sadiq qalıblar. Burada bir sıra elementləri, o cümlədən arxada spoyleri olan təkmilləşdirilmiş asmanı, 20-düymlük diskləri və "Michelin Pilot Super Sport" şinlərini göstərmək olar. Disklərin arxasında 394 və 368 mm-lik 4-porşnli güclü əyləc mexanizmləri gizlənir. Burada, həmçinin tənzimlənən klirensin pnevmoasılqanı da var.
Bilmək istəyirsiniz kapotun altında nə baş verir? Buyurun - 4,4-litrlik V8, bir cüt turbin, gücləndirilmiş interkuler, yürüş porşnləri "Mahle" və qazburaxma sistemi. Nəticə heyrətləndiricidir - 600 a.g. və 800 Nm fırlanma anı.
Həmçinin 8-pilləli sürət qutusunu, tam ötürücü sistemi də göstərmək olar. Bütün bunlar avtomobili 96 km/saata 3,6 saniyəyə sürətləndirir, ona maksimal olaraq isə 310 km/saat sürət verir. Qiymət barədə hələlik məlumat yoxdur, ancaq payızda bilinəcək.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO


















