"BMW"-dən gələcəyin motosikli - FOTOLAR

Həmin motosikldə gələcəyin bütün texnologiyaları və ideyaları reallaşdırılıb. Sözügedən motosikl müvazinəti avtomatik olaraq tənzimləyəcək. Yəni sürücü ən kəskin dönüşlərdə belə motosikldan yıxıla bilməyəcək. Şirkət mütəxəssisləri bu texnologiyanın təhlükəsizliyindən o qədər əmindirlər ki, hətta sürücülər motosikllər üçün nəzərdə tutulmuş təhlükəsizlik dəbilqəsindən belə imtina edə bilərlər.
Avtosfer.Az technote.az-a istinadən bildirir ki,gələcəyin motosiklindəki mühərrik yüksək dərəcədə ekoloji olacaq. İstehsalçı dəbilqəni tamamlanmış reallıq eynəkləri ilə əvəz etməyi planlaşdırır. Beləliklə sürücünün gözləri də küləkdən qorunmuş olacaq. Eynəyin yarımşəffaf ekranında əlavə məlumatlar əks olunacaq. Böyük ehtimal ilə sürücü ekranda sürət göstəricisini, naviqator və arxa görünüş kamerasını görəcək. Şirkət həmçinin qeyd edib ki, özü-özünü tənzimləyən sistem 2030-cu ildən tez işıq üzü görməyəcək. Bu baxımdan təhlükəsizlik vasitələrindən imtina etmək hələki tezdir. Lakin sürücülərin qəza zamanı ciddi xəsarətlərdən necə qorunacaqları hələ tam aydın deyil.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO

















