"BMW"-dən yeni kupe və rodster i8 - FOTO

Almaniyanın premial BMW markası çoxdan gözlənilən hibrid idman avtomobillərinin - BMW i8 Roadster və BMW i8 Coupe-nin təqdimatı ilə yeni səhifə açacaq. Yeniliklər Los-Anceles-2017 beynəlxalq avtosalonu çərçivəsində təqdim ediləcək. Avtosfer.az auto.az-a istinadən bildirir ki, güman edildiyi kimi, hər iki model texniki cəhətdən tamamilə eynidir. Xatırladaq ki, modelin daha çox karbondan və alüminiumdan ibarət platformasında yerləşdirilmiş hibrid transmissiyadan istifadə edir.
Təkmilləşdirilmiş kupe BMW i8 Coupe və yeni rodster BMW i8 Roadster 1,5-litrlik, 3-silindrli, 231 a.g. olan (əvvəl 228 a.g. idi) mühərrikdən qaynaqlanır. Elektrik mühərriki 143 a.g.-ə (əvvəl 131 a.g. idi) malikdir. Ümumi güc isə 374 (377) a.g.-dür.
Bildirilib ki, təkmilləşdirilmiş hibrid idman kupesi BMW i8 Coupe 0-dan 100 km/saata 4,2 saniyəyə sürətlənir. BMW i8 Roadster isə bu əməliyyatı 4,4 saniyəyə yerinə yetirir. Avtomobillərin maksimal sürəti 250 km/saatdır.






ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












