"BMW"-dən yenilənmiş 3 GT - FOTO

Ötən il adi sedan "3-Series"-i, o cümlədən universalı və M3-ü təkmilləşdirən "BMW" bu gün hetçbek "Gran Turismo"-nun yeni versiyasını təqdim edib. Avtosfer.az auto.az-a istinadən bildirir ki, bu cür versiyanı yalnız fanatlar tanıya bilərlər. O, demək olar ki, dəyişməyib. Kosmetik dəyişikliyə asmadakı bəzi ştrixlər, LED optika və yeni rəng, disk və salon variantları daxildir. Texniki cəhətdən isə yenilik kifayət qədərdir - 2017-ci il "GT" yeni mühərrik qamması ilə buraxılıb (3-cür benzin və 5-cür dizel). Bu sırada 330i və 340i modifikasiyaları (328i və 335i-ın əvəzinə) peyda olub ki, onlar 252 a.g. (350 Nm) olan 2-litrlik turbo "dördlük" və 326 a.g. (450 Nm) olan 3-litrlik turbo "altılıq"la təchiz olunub. Bundan başqa, dizel 325d də 224 a.g. və 450 Nm-ə malik olub.
Yeni "3-Series Gran Turismo" Avropada iyul ayından satışa çıxarılacaq.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO



















