"Borgward" markası "Isabella" modelini dirçəltmək niyyətindədir

Çinli sərmayədarlar tərəfindən yenidən həyata qaytarılmış alman "Borgward" markası Facebook sosial şəbəkəsində maraqlı tizer dərc edib. Şəkil «O qayıtdı!» sözləri ilə müşayət edilir.
Keçən əsrin əllinci illərində alman markası Isabella adlı modeli istehsal edib. Böyük ehtimalla, yeni tizeri dərc edən Borgward Isabella modelini dirçəltmək niyyətinin olduğuna işarə vurub. "Borgward Isabella" modelinin kupe, kabriolet və universal kuzovları ilə buraxıldığı məlumdur.
Avtomobillər 60 at qüvvəsi hasil edən 1,5-litrlik dörd silindrli mühərrik və dörd pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilirdilər. Sonradan bu mühərrikin 75 at qüvvəli variantı da təklif olunub.
Hazırda laman markası iki krossoveri - BX5 və BX7 modellərini təklif edir. İstehsalçının son yeniliyi elektrik mühərriki ilə hərəkətə gələn və 225 kilometr yürüş məsafəsinə malik olan "Borgward BX7" flaqman modeli olub. Xatırladaq ki, "Borgward" modelləri Bremendəki (Almaniya) zavodda istehsal edilirlər. (autgraph)
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO













