Bu avtomobil bir daha istehsal olunmayacaq - FOTO

Volkswagen şirkəti üçqapılı Scirocco hetçbekinin istehsalına son verib. Artıq avtomobili sifariş vermək mümkün deyil, lakin arzulayanlar istehsal edilmiş modelləri əldə edə bilərlər. Bu barədə xəbəri alman istehsalçının mətbuat xidməti verib.
Modelin carçısı olan Iroc konsepti 2006-cı ildə debüt etmişdi. Konsept 210 at qüvvəsi hasil edən 1.4-litrlik turbomühərriklə təchiz edilmişdi.
Volkswagen Scirocco modelinin əmtəə variant 2008-ci ildə işıq üzü görmüşdü. Beşinci nəsil Volkswagen Golf modelinin platformasında inşa edilmiş avtomobil 140-200 at qüvvəsi arasında gücə malik olan iki benzin və iki dizel mühərriki ilə təchiz edilirdi. 2009-cu ildə, avtomobilin 265 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərriklə təchiz edilmiş “qaynar” R-modifikasiyasının istehsalına başlanmışdı. 2012-ci ildə hetçbekin GTS modifikasiyası debüt etmişdi. Bu modifikasiya adı hetçbeklərdən kapot və damdakı zolaqlar, qırmızı rəngli əyləc supportları, dəyişdirilmiş bamperlər və R-variantına xas olan spoiler ilə fərqlənirdi.
Avtomobil 210 at qüvvəli 2,0-litrlik dörd silindrli turbomühərriklə hərəkətə gəlirdi. (Autograph)
Orxan
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO





















