Bu avtomobildən cəmi 60 ədəd olacaq - FOTO

"Lotus" şirkəti bayraqdar kupesi olan "Evora" modelinin GT430 adını almış yeni modifikasiyasını təqdim edib. Bu kupe Britaniya markasının tarixində ümumi yollar da istifadə üçün nəzərdə tutulmuş ən güclü kupesidir.
Sportkar təkmilləşdirilmiş 3,5-litrlik ötürməli kompressoru olan V6 mühərriki ilə təchiz edilir. Bu mühərrik 436 at qüvvəsi və 440 Nm fırlanma anı hasil edir.
Güc aqreqatı yeni nazim-çarxı olan altı pilləli müxaniki ötürmələr qutusu ilə birlikdə çalışır. Bu tandem sportkarı yerindən 60 mil/saat (96 km/saat) həddinə qədər 3,7 saniyəyə sürətləndirir. Avtomobilin maksimal sürəti 305 km/saatdır. Yeni modifikasiya həmçinin təkmilləşdirilmiş aerodinamikaya sahib olub. Kupe yeni ön splitteri, iri ölçülü diffuzoru, arxa antoqanadı və dəyişdirilmiş ön bamperi əldə edib.
Bundan başqa, Evora GT430 arxa təkər tağlarından hava kütləsini çəkən əlavə hava girişlərinə sahib olub. Buna misal olaraq, arxa bamperdəki dəlikləri göstərmək olar. Sportkartın aerodinamikası, maksimal sürətdə, 250 kiloqrama bərabər olan yerəbasma gücünü təmin edir. 145 km/saat sürətində bu göstərici 64 kiloqrama bərabərdir.
Mühəndislər avtomobilin şassisini də yenidən işləyiblər: sportkar tənzimlənən Öhlins TTX amortizatorlarını və Eibach yüngül yaylarını quraşdırıblar. Amortizatorların tənzimlənməsində Lotus mütəxəssisləri bilavasitə iştirak ediblər.
Eyni zamanda, Lotus Evora GT430 ən yüngül Evoka kupesidir. Avtomobilin çəkisi 1258 kiloqram təşkil edir. Çəkinin azaldılmasına titandan olan səsboğucu sistemin, karbondan kuzov panellərinin, asqının yeni elementləri və interyerdə quraşdırılan elementlər sayəsinə nail olunub. Evora GT430 modelinin təıchizatına Torsen yüksək sürtünməli differensialı, dörd porşenli AP Racing əyləc mexanizmləri, Sparco oturacaqları, və sensorlu displeyi olan multimedia sistemi daxildir.
Cəmi 60 ədəd "Lotus" "Evora" GT430 sportkarı istehsal ediləcəkdir. Kupenin qiyməti açılanmayıb. (autograph)
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı























