Bu da tüklü avtomobil - İtalyansayağı tüninq - VİDEO

Dünyada ən “tüklü” avtomobil yaradan stilist Mariya Lüçiya Munyo Ginnessin rekordları kitabına düşüb. 47 yaşlı italiyalı xanım klassik yığcam Fiat 500 avtomobilini insan saçlarıyla bəzəyib. Xanım Munyo 2010-cu ildəki şəxsi rekordunü təzələyib. Belə ki, o zaman təqdim etdiyi avtomobili 100 kilo saçla örtən italiyalı Mariya Lüçiya, bu dəfə öz assistenti Valentino Stassanoyla birgə Fiata daha 20 kiloqram saç əlavə edib. Avtomobilin müasirləşdirməsi 150 saata qədər vaxt aparıb. Hazırda 80 min avro dəyərində qiymətləndirilən qeyri-adi Fiat 500-ün müəllifləri, bildiriblər ki, onların maşını “sülh və azadlığı” tərənnüm edir.
Avtomobil üçün saçlar xüsusi sifariş üzrə Hindistandan gətirilib. Mariya Lüçiya Munyonun sözlərinə görə, onlar avropalıların saçından fərqli olaraq daha möhkəmdirlər. “Tüklü” avtomobilin yaradılması ideyası italiyalı xanımın dostuyla, onda heç vaxt belə maşının alınmayacağı ilə bağlı mübahisədən sonra yaranıb.
“Tüklü” Fiat 500 avtomobilinin sahibəsi etiraf edir ki, qeyri-adi maşın insanlarda müxtəlif reaksiyaya səbəb olur. Qadın tez-tez neqativ münasibətlə üzləşməli olur, lakin bu, Mariyanı bu heç də narahat etmir. O, hər gün öz “şah əsərindən” istifadə etməyə davam edir.
Lakin qadın etiraf edir ki, avtomobilin salonu və xarici görkəmi qulluq tələb edir: xüsusi şampunlardan və fırçalardan istifadə edərək saçları daramaq və yumaq lazım gəlir.
Avtoreyd.az
"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI
Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ
Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA










