Bu da yeni "Hyundai Elantra Sport"

Blood Type Racing şirkəti SEMA tüninq sərgisində nümayiş etdirmək üçün hazırladığı Hyundai Elantra Sport modelini təqdim edib. Avtomobilin ən maraqlı xüsusiyyətlərindən biri onun sahib olduğu metanolun çilənməsi sistemidir.
1,6-litrlik dörd silindrli turbomühərrik ilə təchiz edilən avtomobil yeni giriş və buraxılış sistemlərinə malik olub. Bununla belə, təkmilləşdirilmələrdən sonra əldə edilən güc xarakteristikaları barədə məlumat verilməyib.
Hyundai Elantra idman xarakterli köndələn dayanıqlılıq stabilizatoruna, aerodinamik kuzov dəstinə, vintşəkilli asqıya, 19-düymlük təkər disklərinə və işıqdiodlarından optikaya sahib olub. Avtomobilin salonunda karbondan hazırlanmış sükan çarxını və rombşəkilli tikişləri olan ayaqaltıları görmək olar.
Adi Hyundai Elantra Sport modeli 206 at qüvvəsi və 257 Nm fırlanma anı hasil edən 1,6-litrlik turbomühərrik ilə hərəkətə gəlir. Güc aqreqatı altı pilləli mexaniki və ya yeddi diapazonlu “robotla” təchiz edilir. 100 km/saat həddinə Elanta Sport 8,0 saniyəyə sürətlənir. (Autograph)
Orxan
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












