Bu ilin ən etibarlı avtomobilləri - SİYAHI

Amerikanın "Consumer Reports" agentliyi 2017-ci ilin ən etibarlı avtomobillərinin siyahısını tərtib edib. Avtosfer.az ölkə.az-a istinadla xəbər verir ki, siyahı avtomobil sahibləri ilə aparılan sosial sorğu nəticəsində hazırlanıb. Reytinqdə 27 avtomobil brendi iştirak edib. Respondentlərin fikrinə əsasən, siyahıda birinci və ikinci yeri yapon istehsalı tutub. Söhbət "Toyota" şirkəti və "Lexus" brendindən gedir. Məhz bu şirkətlərin avtomobillərinin xarab olması barədə məlumat çox azdır.
"Toyota GT86" idman kupesi ən etibarlı modeldir.

Ötən il isə siyahıya "Lexus" modeli liderlik edib. Söhbət "Lexus ES" modelindən gedir.
"Kia şirkəti isə siyahıda üçüncüdür. Cənubi Koreya şirkətini "Niro" modeli təmsil edir.

Bundan başqa top onluğa "Audi", "BMW", "Subaru", "Infiniti", "Buick", "Honda" və "Hyundai" kimi markalar əlavə edilib. "Chrysler modeli 27 brend arasında 17-cidir.
Ən etibarsız maşınlar isə "Acura", "Cadillac" və "Mazda" şirkətlərinin modelləri seçilib.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












