Cenevrədə uçan maşın təqdim olundu – VİDEO

Niderlandın “PAL-V” şirkəti Cenevrədə keçirilən beynəlxalq avtosərgidə “Liberty” uçan maşın modelinin yeni seriyasını ictimaiyyətə təqdim edib. Oxu.az xəbər verir ki, istehsalçı avtosalonda demonstrativ uçuş təşkil etməsə də, sərginin başa çatmasından sonra onun istismarına icazə verilməsi üçün müvafiq lisenziyaların alınması ilə məşğul olacaqlarını bildirib.
Aeromobilin yaxın zamanda Avropa və ABŞ-da kommersiya məqsədilə satışa çıxarılacağı gözlənilir. Uçan maşın 3500 metrə qədər yüksəkliyə qalxa bilir. Uçuş-eniş üçün mütləq 200 x 200 metr açıq sahənin olması tələb olunur. Havada aeromobil saatda 180 km-ə yaxın sürət yığa bilir, yerdə isə maksimum sürət 160 km/saata yaxındır. Yanacaq çəni tam dolu olan “Liberty” bir uçuşa 500 km-ə qədər məsafəni qət edə bilir. Aeromobilin 499 min avroya satışa çıxarılacağı bildirilir.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












