Çində avtomobil istehsalı və satışında artım davam edir

Dünyanın ən böyük avtomobil bazarı olan Çində avtomobil satışında müşahidə olunan artım sentyabrda da davam edib.
AZƏRTAC Çin Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına istinadla xəbər verir ki, ötən ay Çində 2,71 milyon avtomobil satılıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz çoxdur. Satış ilə bərabər avtomobil istehsalında da artım davam edir. Belə ki, yanvar-sentyabr aylarında ölkədə istehsal 4,8 faiz artaraq 20,35 milyona, satış isə 4,5 faiz artaraq 20,23 milyona çatıb. Ən böyük artım isə (37,7 faiz) elektrik avtomobillərinin satışında qeydə alınıb.
Qeyd edək ki, Çin 2010-cu ildən bəri dünyanın ən böyük avtomobil bazarı hesab olunur. Demək olar ki, Çində bütün tanınmış avtomobil istehsalçılarının, o cümlədən "Daimler-Benz”, "BMW”, "Toyota”, "General Motors”, "Volkswagen”, "Nissan” və s. zavodları fəaliyyət göstərir. Bundan başqa, Çinin özünə məxsus avtomobil bendlərinin də fəaliyyəti genişlənir. Çin brendi olan avtomobillərin daxili bazar ilə yanaşı, ixracı da çoxalır.
Orxan
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












