Dünyanın ən güclüləri - FOTOLAR

Avtodünya 1 Mart 2016 01:35 Oxunub 6671
Dünyanın ən güclüləri - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu şəhərdə dünyanın ən böyük avtosərgilərindən biri keçiriləcək

Avtomobil həvəskarlarının diqqəti Cenevrəyə yönəlib. Bu şəhərdə dünyanın ən böyük avtosərgilərindən biri keçiriləcək. Avtoşou ilk olaraq qapılarını dünya mətbuatının nümayəndələrinin, 3 martdan isə bütün avtomobil sevənlərin üzünə açacaq. Dünyanın ən sürətli, ən yeni və ən bahalı maşınlarının nümayişi isə mart ayının 13-nə kimi davam edəcək.

Bu il 86-cı dəfə keçiriləcək Cenevrə avtomobil sərgisi çox önəmli bir özəlliyi ilə də seçiləcək. Dünyada neftin qiymətinin sürətlə düşməsi fonunda dünyanın ən güclü idman maşınlarına daha çox yerin ayrılmasıdır. Məsələn, ötən il ən güclü maşın 1001 at gücündə olan "Bugatti" idisə, bu il daha güclü maşınları sərgidə görmək mümkün olacaq.

Ən güclülərin yarışında 500 at gücündən yüksək olan 15-dən çox maşın, 120 yeni model sərgilənəcək. Bu super maşınların qiyməti isə Avropada nə az, nə çox 3 milyon dollara kimi qalxır. Sərgidə göz oxşayacaq ən gözəl modelləri təqdim edirik.

1104+ at gücü / ZENVO TS1

Danimarkalı maşın istehsalçısı "Zenvo" sərgidə iki yeni modelini nümayiş etdirəcək. Buna "TS1 Supercar" və  "TSR Racecar"dır. "TS1" ötən il istehsal edilən 1104 at gücündəki 6.8 litrlik V8 mühərrikə sahib "ST1" modelinin yenilenmiş versiyasıdır. 

1072 at gücü / "Rimac Concept One"

Xorvat əsilli "Rimac" şirkəti bu modeli 2011-ci ildə Frankfurtda təqdim edib. "Concept One" modeli artıq istehsala tam hazırdır. 4 elektrikli mühərrikə sahib idman maşını 100 km sürəti 2,6 saniyəyə yığır. Maksimum sürəti isə 354 km-dir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh