Elektrikli avtomobillərin satışı digərlərini üstələdi

Norveçdə dekabr ayında yeni satılan avtomobillərin 52%-ni elektrikli və hibrid avtomobillər təşkil edib. Bu, indiyədək olan ən yüksək aylıq göstəricidir. "Report" "Haberler" saytına istinadən xəbər verir ki, ötən ilin dekabr ayında bu göstərici 40%-ə bərabər olub. Norveçdə satılan elektrikli avtomobillərin sayının artmasına səbəb "Tesla"nın bu ölkədən aldığı sifarişləri yerinə yetirməsi amili olub. Belə ki, "Tesla" bu ölkəyə 1 032 ədəd "Tesla S", 1 429 ədəd "Tesla X" avtomobil modellərini satıb.
2017-ci ilin yekununda Norveçdə elektrikli avtomobillərin ümumi avtomobil satışında xüsusi çəkisi 39,2% təşkil edib. Bu göstərici 2016-cı ildə 29,1% olub. Ölkədə ən çox satılan elektrikli avtomobil "Wolkswagen e-Golf" (12 164 ədəd) olub. Onu "BMW i3 " və "Toyota Rav4" izləyir. "Tesla"nın modelləri 4-cü və 5-ci sırada yer alıb.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












