Ən qədim "Porsche" 911 - FOTO

Porsche şirkəti bu günə qədər qorunub-saxlanmış ən qədim 911 sportkarını nümayiş etdirib. Avtomobil alman markasının Ştutqartdakı muzeyinin “911 (901 №57) – A Legend Takes Off” ekspozisiyasının bir hissəsi olacaqdır. Ekspozisiya bu gündən gələn ilin 8 aprelinə kimi fəaliyyət göstərəcəkdir.
Bu avtomobil, “901” adı ilə buraxılmış ilk sportkarlardan biri olub. İş orasındadır ki, belə avtomobillərdən çox az sayda istehsal edilib. 1964-cü ilin payızında, modelin buraxılışının başlanmasından bir neçə həftə sonra, Porsche şirkəti modelin adını “911” əmtəə nişanına dəyişməli olub. Dəyişikliyin səbəbi, fransız istehsalçısı olan Peugeot şirkəti ilə yaranmış əmtəə nişanı barədə patent mübahisələri olub. Avtomobil alman televiziya qrupu tərəfindən 2014-cü ildə anbarda baxımsız halda aşkar edilmişdir.
Qrup 1960-cı illərin Porsche 911 modelləri haqqında verliş hazırlayırmış. Avtomobilin tarixi dəyəri məlum olandan sonra, istehsalçı onu satın alaraq dərhal bərpaya gönrəmişdir. Satışdan öncə, şirkət bu nüsxənin real qiymətini müəyyən etmək üçün müstəqil eksperti də cəlb etmişdir. Sportkar üzərində bərpa işləri üç il davam edib. Avtomobil tamamilə orijinal vəziyyətinə gətirilib. Bunun üçün, hətta, o zamanın başqa sportkarlarının kuzov elementlərindən və “içalatından” istifadə edilib.




Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












