Fermer pilotsuz traktor yaratdı - VİDEO

Kanadanın Manitoba şəhərindən olan fermer Mett Raymer (Matt Reimer) özünün “John Deere 7930” traktoru üçün avtopilot mexanizmi yaradıb. İKT.lent.az-ın “Hackaday” saytına istinadən məlumatına görə, o, müasir texnologiyalardan istifadə edərək təsərrüfatındakı xərcləri azaltmaq qərarına gəlib. Avtopilotun yaradılması ideyası isə tarlada görüləcək işlərə görə sürücüyə daimi olaraq pul verməmək səbəbindən yaranıb.
İxtiraçı artıq hazır olan “PixHawk” avtopilot mexanizmdən və “Arduino” proqram-avadanlıq platformasından istifadə edib. Fermerə yalnız traktoru idarə etmək üçün proqram yazması qalıb.
“John Deere 7930” traktorunda bütün idarəetmə orqanları elektrondur. Bu da fermerin işini daha da asanlaşdırıb. Belə ki, o, avadanlığı bort kompüterinə qoşub ki, bu da onu maşını fiziki olaraq idarə etmək mexanizmi yaratmaqdan xilas edib.
Hazırda fermer traktorun avtonom işə salınmasına nail ola bilməyib. Hələlik layihə tərtib edilmə mərhələsindədir və o, yaxın zamanlarda onu bitirmək niyyətindədir.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












