"Ferrari 458 Italia" daha enli oldu - FOTO

İspaniyanın "Atarius Concept" atelyesinin tünerləri "Ferrari 458 Italia" üçün daha dolğun tüninq proqramı hazırlayıblar. Tünerlərin əsas istəyi "458"-i "Speciale"-dan daha çılğın etmək idi. Onlar bunun üçün nəzərə çarpan təkər arkaları və güclü bamperləri olan enli ban hazırlayıblar. Avtosfer.az auto.az-a istinadən bildirir ki, "458" üçün yeni bana, - bu, hamının xoşuna gəlməyə bilər, - yeni qabaq altlıq, enliləşdirilmiş yan ətəklər və "Speciale" üslubunda kapot daxildir. Həmçinin "çox aqressiv" arxa diffuzora və soyutmanı yaxşılaşdırmaq üçün əlavə ventilyasiya çıxıntılarına malikdir.
"Atarius Raptor 2" adlandırılmış yeni tüninq-paket, çox güman ki, çox təmtəraqlı görünür, lakin tüner deyir ki, "Ferrari"-nin orijinal dizayn dilinə hörmət edir. "458 Italia"-nın gözəl xarici görünüşü aşağı salınmış asma və çoxmilli 20-düymlük disklərlə uyğunlaşıb. İnteryerin hələ ki, şəkilləri yoxdur.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO













