"Fiat" "Cronos" sedanını təqdim edib

Fiat şirkəti Argo hetçbekinin bazasında yaradılan Cronos sedanını təqdim edib. Cənubi Amerikada satıacaq sedan iki avtomobili - Grand Siena və Linea modellərini əvəz edəcəkdir. Fiat şirkəti, 2018-ci ilin birinci rübündə satışa çıxarılacaq avtomobilin iki fotoşəklini dərc etməklə kifayətlənib.
Argo və Cronos modellərinin ön panelləri tamamilə eynidirlər. Bununla bərabər, sedan genişləndirilmiş təkər bazası, həmçinin ön bamper və radiator barmaqlığının tərtibatı ilə seçilir. Şəkillərdə təsvir edilmiş avtomobil ən bahalı Precision təchizat səviyyəsinə malikdir. Sedan 1,3 və 1,8-litrlik atmosfer mühərrikləri ilə təchiz edilir. Hər iki güc aqreqatı standart olaraq mexaniki ötürmələr qutusu ilə təklif edilir.
Bundan başqa, 1,3-litrlik mühərrik sadə robotlaşdırılmış, 1,8-litrlik mühərrik isə, altı pilləli avtomatik ötürmələr qutusu ilə də təchiz edilə bilərlər.
Fiat Argo hetçbeki Braziliyada istehsal olunsa da, Cronos sedanının buraxılışı Argentinada həyata keçiriləcəkdir və oradan Latın Amerikasının bütün iri bazarlarına çatdırılacaqdır. (Autograph)
Orxan
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












