"General Motors" 20 yeni elektrikli avtomobil istehsalına hazırlaşır

Dünyada "Toyota" və "Wolkswagen"dən sonra 9,5 mln. avtomobil satışı ilə 3-cü sırada yer alan ABŞ-ın "General Motors" şirkəti 2023-cü ilə qədər 20 yeni elektrikli avtomobil modeli istehsal edəcəyini açıqlayıb. "Report" "Habertürk" saytına istinadən xəbər verir ki, bu barədə açıqlamanı ABŞ-ın Detroyt şəhərində keçirilən mətbuat konfransında şirkətin müdür müavini Mark Reuss verib. Reuss yaxın 18 ayda 2 yeni elektrikli modelin satışına başlanacağını qeyd edib. Konfransda ən diqqət çəkən məqam isə M.Reussun "gələcək təmamilə elektrikli avtomobillərdə olacaq" deməsi olub.
Xatırladaq ki, hazırda şirkət elektrikli "Chevrolet Bolt" modelini istehsal edir. Onun ABŞ-da satış qiyməti 35 min dollardan başlayır və bir dəfəyə 383 km. yol qət edir. Elektrikli avtomobil bazarında isə liderlik "Nissan" şirkətinin "Leaf" modelinə məxsusdur.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












