"Honda" yeni konseptual elektrik sportkarının tizerini dərc edib – FOTO

Honda şirkəti konseptual elektrik sportkarının ilk eskizini dərc edib. Honda Sports EV Concept adını almış konseptin rəsmi təqdimat mərasimi 25 oktyabrda Tokyoda avtosalonunda keçiriləcək.
Avtosfer.az xəbər verir ki, bununla belə, istehsalçı konsept haqqında məlumat verməyib. Yaponlar konseptin «süni intellektin və elektrik güc aqreqatının effektiv vəhdətini» təşkil etdiyini vurğulayıblar. Tizerdən də göründüyü kimi, Sports EV konseptinin arxa fənərləri, Frankfurtda debüt etmiş Urban EV konseptinin dizayn üslubunda yaradılıb.
Honda Urban EV konsept avtomobili yapon şirkətinin Electric Vision adlı yeni proqramının tərkib hissəsidir. Bu proqram yeni platformaların, güc qurğularının və elektromobillər üçün yüngülləşdirilmiş akkumulyatorların yaradılmasını nəzərdə tutur. Prototip olçülərinə görə Jazz modelindən 100 millimetr qısadır.
Elektrokarın ön hissəsi salamlaşmaların, digər sürücülər üçün məlumatın və batareyaların statusunun əks etdirildiyi displeydir. Avtomobilin salonunda dörd oturacaq quraşdırılıb. Oturacaqlar boz parça, ön panel isə taxta ilə üzlənib. Modelin əsas xüsusiyyətlərindən biri panoram displeyi olan «uçan» cihazlar panelidir. Bu displeydə avtomobilin elektrik sistemlərinin cari sərfiyyat səviyyəsi, akkumulyator batareyasının vəziyyəti və yürüş ehtiyatı kimi məlumatları əks etdirilir. Konsept sürücünün hərəkətlərini təhlil edərək qənaət effektivliyinə nəzarət edən fərdi elektrik yardımçısı ilə təchiz edilib. Misal üçün, yardımçı elektrokarın batareyalarını nə zaman doldurmağı və ya izafi enerjini elektrik şəbəkəsinə ötürülməsi barədə məsləhət verə bilər.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












