"Hyundai i30 N" hetçbeki təqdim edildi - FOTO

Hyundai şirkəti rəsmi olaraq i30 N «qaynar» hetçbekini təqdim edib. Bu model N-xəttindən olan «qaynar» avtomobillərin ilkidir. Yeni «qaynar» hetçbek birbaşa çiləməli 2,0-litrlik T-GDI mühərriki ilə təchiz edilir ki, bu aqreqat da iki güc variantında təklif edilir. Birinci variant 250 at qüvvəsinə malikdir. Opsional Performance Pack dəstinə sahib olan ikinci variant isə 275 at qüvvəsinə sahib olacaqdır. Hər iki halda mühərrikin fırlanma anı 352 Nm təşkil edir.
Hyundai i30 N modelinin güc aqreqatı gücləndirilmiş muftası və qısaldılmış qolu olan altı pilləli mexaniki sürətlər qutusu ilə tandemdə çalışır. Yerindən 100 km/saat həddinə i30 N modeli 6,2 saniyəyə sürətlənir. Hyundai i30 N modelinin maksimal sürəti 250 km/saatdır.
«Qaynar» hetçbekin təchizatına aktiv asqı, elektron idarəetməli yüksək sürtünməli differensial, aktiv buraxılış sistemi, launç-kontrol, avtomatik akselerasiya sistemi və tam söndürülə bilən stabilizasiya sistemi daxildir. Hetçbek idarəetmə elektronikasının dörd quraşdırılmış (Eco, Normal, Sport və N) və bir proqramlaşdırılan (N-Custom) rejiminə malikdir.
Son halda sürücü asqının işləmə alqoritmini, sükan gücləndirisinin, stabilizasiya sisteminin və differensialın tənzimləmələrini sərbəst şəkildə təyin edə bilər. Rejimləri sükan çarxındakı düymələr vasitəsi ilə dəyişmək mümkündür.
Artıq məlum olduğu kimi, «qaynar» hetçbekin yaradılması prosesinə BMW M GmbH şirkətinin baş mühəndisi Albert Birmann rəhbərlik etmişdir. Prototipin layihəsi üzərində iş Koreya istehsalçısının Nürburqrinqdəki test mərkəzində aparılmışdır. Hetçbekin prototipi ümumi məsafəsi 10000 kilometr olan sınaq yürüşündə də iştirak etmişdir. (autograph)
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO































