İkiqapılı "Range Rover" - FOTO

Jaguar Land Rover qrupunun zavod tüninq atelyesi olan SVO bölümü Range Rover markası altında ikiqapılı ofroderi hazırlayır. Avtomobilin test prototipinin fotəşəklini Auto Express nəşri yayıb. Belə bir avtomobilin hazırlandığını markanın baş dizayneri Cerri Makqovern təsdiq edib. "Üçqapılı Evoque modelinin bazar həcmi çox kiçikdir. Üstəlik, tələbata amlik olmayan kabriolet də mövcuddur, - jurnalistlərin Land Rover şirkətinin Evoque modelinin varisini hazırlamaq planları barədə sualına Makqovern belə cavab verib. - Lakin, biz ikiqapılı daha iri avtomobil hazırlamaq istəyirik, çünki o daha eksklyuziv olacaqdır".
Şirkət nümayəndələri belə bir avtomobilin yaradılmasının markanın tarixini ilə əlaqədar olduğunu bildiriblər.
1970-ci ildə təqdim edilmiş ilk Range Rover modeli məhz ikiqapılı idi. Ofroderin dördqapılı variantı yalnız 1981-ci ildə işıq üzü görmüşdü.
1991-ci ildə orijinal modelin layihəsini hazırlayan Çarlz Kinqin xatirəsinə həsr edilən xüsusi ikiqapılı Range Rover CSK variantı buraxılmışdır.
İlkin məlumata görə, Range Rover modelinin ikiqapılı variantı bu ilin martında keçiriləcək Cenevrə avtosalonunda təqdim ediləcəkdir.
Onun satışlarına ilin sonunda başlanacaqdır.(autograph)



ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












