İlham Əliyev vaxtı ilə bu avtomobillə gəzib - FOTOLAR

Rusiyanın Lipetsk vilayətinin "Qaliçya dağı" qoruğunda 1975-ci il istehsalı olan "Ford Qranada" avtomobili var. Qaynarinfo.az məşhur "Komsomolskaya pravda" nəşrinə istinadən xəbər verir ki, bu avtomobilin Azərbaycanla əlaqəsi var. Belə ki, qoruğun əməkdaşları deyir ki, bu avtomobilin öz tarixi var. Keçmişdə bu avtomobili Azərbaycan prezidenti İlham Əliyev sürüb. Bu "Qranada"nı Moskvaya 1980-ci il Olimpiadası zamanı Kanada nümayəndə heyəti gətirib. Sabiq prezidentimiz Heydər Əliyev həmin vaxt bu avtomobili özünə götürüb. Bu maşın İlham Əliyevin diqqətini çəkib və onunla çoxlu vaxt keçirib. 1980-ci illərin ortalarında qeyri-adi avtomobillərin böyük həvəskarı olan qoruğun direktoru öz maşınlarından birini bu ekzemplyar ilə dəyişib. Sonra ABŞ istehsalı olan avtomobilin mühərriki və ötürmə qutusu sıradan çıxıb. Hazırda isə bu avtomobil quş qəfəslərinin yaxınlığında üstü örtülü yerdə durur.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO














