İlhamə “AA” nömrəli "Galenvagen"i çəkənləri dovşana bənzətdi

ATV telekanalının əməkdaşı, tanınmış teleaparıcı İlhamə Bədəlovanın 90-AA-518 dövlət nömrə nişanlı “Gelandewagen” markalı avtomobili müzakirələrə səbəb olub. “AA” seriyaları dövlət qulluqçularının xidməti maşınlarına, bəzi hallarda isə hüquqi şəxslərə verildiyindən aparıcının idarə etdiyi avtomobilinin bu nömrə ilə olması maraqla qarşılanıb. Avtosfer.az xəbər verir ki, yenicag.az-a danışan aparıcının məsələyə münasibəti bir qədər sərt olub: “Bəli, maşın özümündür. Kiminsə maşınına minməliyəm ki? Camaatı avtomobilimdə mən gəzdirirəm e. Bu nömrə illərdir məndədir. Burada aydınlıq gətiriləsi nə var ki? Cinayət törətmişəm, yoxsa maşın oğurlanıb və ya oğru mənəm? Qoy elə maraq içində də qalsınlar”.
Aparıcı maşının sevgilisinə məxsus olması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Məni sevgilisi olanlara bənzətməyin. Mən xanımam. Nə vaxt məndən müsahibə alıb, nəsə soruşsalar, o zaman doğru məlumatı da çatdıraram. Daha dovşan kimi kol dibindən boylanıb, şəklimi niyə çəkirlər?”
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












