İlk uçan avtomobil sınaqdan keçirildi - VİDEO

Almaniyada dünyada ilk uçmağı bacaran avtomobil kimi tanınan “Volocopter” cihazı ilk dəfə olaraq sınaqdan keçirilib. İKT.lent.az-ın “New Scientist” nəşrinə istinadən məlumatına görə, aparat 1 metr hündürlüyə qalxıb və 25 km/saat sürəti ilə qısa bir məsafəni uça bilib. Uçan avtomobilin tərtibatı ilə mənzil-qərargahı Almaniyanın Karlsrue şəhərində yerləşən “E-Volo” şirkəti məşğul olur. Avtomobilin idarəetmə sisteminə isə ABŞ-ın “İntel” korporasiyasına məxsus “Ascending Technologies” şirkəti cavabdehdir. “Volocopter”ə rahat coystik vasitəsilə nəzarət olunur. İlk pilotsuz sınaq 2014-cü ildə keçirilib. Gələcəkdə mütəxəssislər bu aparatın daha böyük məsafəyə və hündürlüyə sınağını keçirməyi planlaşdırırlar. Gözlənilir ki, avtomobilin sürəti təxmini 100 km/saat təşkil edəcək. “Volocopter”in tərtibatçılarının sözlərinə görə, bu ixtira olduqca təhlükəsiz və ekoloji təmizdir.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












