"Infiniti" elektromobillər üçün yeni platforma yaradacaq

Infiniti şirkətinin ilk elektromobili 2019-cu ildə debüt edəcəkdir. Buna baxmayaraq, istehsalçı asan yolu seçməyib - yəni mövcud olan modellərin birini elektrik ötürməsinə keçirmək niyyətində deyil.
İstehsalçı tamamilə yeni avtomobil yaratmağı planlaşdırır. Bu barədə Autocar dərgisinə, Infiniti markasının sahibi olan Nissan şirkətinin qlobal dizayn üzrə vitse-prezidenti Alfonso Albais məlumat verib.
Infiniti şirkəti yeni nəsil Nissan Leaf modelinin platformasından istifadə etməyəcəkdir. Onun əvəzinə istehsalçı yeni platforma yaradacaqdır. Seriya öncəsi elektromobilin gələn ilin yanvarında keçiriləcək Detroyt avtosalonunda nümayiş etdiriləcəyi ehtimal olunur.
Yayda istehsalçı Prototype 9 adlı konsept avtomobilini nümayiş etdirmişdi. Prototip 150 at qüvvəsi və 320 Nm fırlanma anına malik olan elektromotorla hərəkətə gəlirdi. Klassik yarış avtomobillərini xatırladan arxa çəkişi elektomobil 100 km/saat sürətini 5,5 saniyəyə toplayırdı. (autograph)
Orxan
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












