"Jeep" tənqidlərdən nəticə çıxarıb - FOTO

"Jeep" şirkəti yenilənmiş Cherokee krossoverinin sınaqlarına start verib. Motor1 saytının əldə etdiyi cəsus təsvirlərində, avtomobilin təqdim edildiyi gündən marka fanatlarının tənqid hədəfinə çevrilən dizayndan yaxa qurtardığı görünür. Kamuflyajda olsa da, restaylinqdən sonra krossoverin yeni ön fənərlərə malik olacağı aydın görünür.
Dərc edilmiş təsvirlərdən də göründüyü kimi, yenilənmiş krossover yeni nəsil Compass modelinin dizayn üslubunda yaradılmış görkəmə sahib olacaqdır. Ön optika ilə birlikdə avtomobilin arxa fənərləri də dəyişikliyə məruz qalacaqdırlar.
Cari "Jeep Cherokee" modeli 2013-cü ildə debüt edib. Ofroder xarakterini krossoverə dəyişən avtomobil Dodge Dart modelinin platformasında yaradılıbdır. Eyni zamanda, Cherokee üçün bir neçə tam çəkiş sistemi təklif edilir. Krossoverin güclü yolsuzluq üçün nəzərdə tutulan Trailhawk modifikasiyasında muftanın məcburi qapanması, aşağı pilələr sırasıi və arxa differensialın qapanması olan tam ötürmə sistemi quraşdırılır.
Modelin təqdimatından sonra, istehsalçı marka həvəskarlarından tənqidi məktublar almağa başlayıb. Onlardan biri avtomobili 1 aprel zarafatı kimi səciyyələndirib. İstehsalçı isə, modelin dizaynının 2019-cu ili hədəf aldığını bildirib.
Lakin, tənqidlərə davam gətirməyən istehsalçı vaxtından əvvəl qərarını dəyişməyə məcbur olub.




Orxan
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












