"Jeep Wrangler" ofroderinin yeni renderləri dərc edilib

Deyirlər hövsələli olmaq yaxşı xüsusiyyətdir. Lakin, elə məqamlar vardır ki, istər-istəməz kəmhövsələ olub gedirsən. Buna misal olaraq yeni nəsil Jeep Wrangler ətrafında olan söz-söhbəti göstərmək olar.
Bu günə qədər yeni ofroderin özünün, Sahara modifikasiyasının, pikap variantının yüzlərlə renderi, cəsus şəkilləri dərc edilib. Avtomobil haqqında verilməyən məlumat, demək olar ki, qalmayıb. Buna baxmayaraq, Jeep şirkəti "Renqlerin" növbəti nəslinin təqdimatını acı bağırsaq kimi uzatmağa davam edir. Bu günlərdə ofroderin üçqapılı variantının təsvir edildiyi renderləri internet şəbəkəsində peyda olub.
Xatırladaq ki, bir müddən bundan öncə ofroderin tam çəkiş sistemi barədə məlumat dərc edilmişdi. Yeni ötürmə sistemi dördqapılı ofroderin Sahara variantında quraşdırılacaqdır. Jalopnik nəşrinin dəqiqləşdirməsinə görə, ön oxun qoşulmasına elektronika cavabdeh olacaqdır. Beləliklə, indiki avtomobillərdə olduğu kimi, sürücü ötürmənin dəyişdirilməsi üçün paylaşdırıcı qutunun dəstəyindən istifadə etməyəcəkdir.
Jeep Wrangler modelinin mühərrik çeşidinə iki benzin və bir 3.0-litrlik V6 turbodizel mühərriki daxil ediləcəkdir. Benzin mühərrikləri 2.0-litrlik turbodördlükdən və 3.6-litrlik atmosfer tipli V6 mühərrikindən ibarət olacaqdırlar. Ofroder altı pilləli mexaniki və ya səkkiz diapazonlu avtomatik qutularla təchiz ediləcəkdir. "Avtomatlar" Chrysler və ya ZF şirkətinin istehsalı olacaqdır.
Əvvəlki kimi ofroder iki və dördqapılı kuzovla, çıxarılan panel və qapılarla təklif ediləcəkdir. Bununla belə, model çıxarılan tavanın elektrik ötürməsi ilə təchiz ediləcəkdir. Hazırda bu proses əllə həyata keçirilir. Yeni Jeep Wrangler modelinin kütləvi təqdimatı bu ilin 1 dekabrda Los-Anjeles şəhərində keçiriləcək avtomobil sərgisində baş tutacaqdır. (autograph)
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












