“Jetour” daha bir modelini təqdim etdi – Hələlik Çin bazarı üçün

“Jetour” Çin bazarına dörd motorlu, tam ötürücülü “Shanhai T1” hibrid krossoverini təqdim edib. Avtosfer.az xəbər verir ki, bu barədə Autohome məlumat yayıb. Krossoverin plug-in hibrid sistemi 1,5 litrlik turbomühərrikli benzin mühərrikindən və üç elektrik mühərrikindən ibarətdir. Mühərriklərin ümumi gücü 591 at gücünə, fırlanma anı isə 840 Nm-ə çatır. Avtomobilin elektron idarə olunan diferensial kilidi var və eyni zamanda təkərlərin altındakı səthin növünü 0,15 saniyə ərzində aşkarlaya və ötürmə işini buna uyğun tənzimləyə bilər. Elektrik akkumulyatorla 226 kmilometr yolu qət edə bilir. Təchizata həmçinin qızdırılan və havalandırılan oturacaqlar da daxildir.
Krossover Çin bazarında 5 koplektasiyada təqdim ediləcək. Qiyməti 134,9 min yuandan 179,9 min yuana (31,815 - 42,421 manat) arasında satışa çıxarılacaq.
Namiq Musayev
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












