"London taksi"lərinin qəbirstanlığından şok görüntü: yüzlərlə maşın çürüyür - VİDEO

2012-ci ildə "Eurovision" ərəfəsində Azərbaycana gətirilən "London taksiləri"nin Lökbatan qəsəbəsindəki "maşın qəbirstanlığı"ndan görüntüləri ortaya çıxıb. Avtosfer.az xəbər verir ki, azxeber.com-a göndərilən görüntülər DYP-nin Lökbatan qəsəbəsindəki qeydiyyat idarəsində çəkilib. Görüntülərdə idarənin dayanacağında "London taksiləri" kimi tanınan Çin istehsalı TX4 markalı istifadəyə yararsız yüzlərlə avtomobil olduğu görünür. Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun ölkəyə gətirdiyi və dövlət büdcəsindən ayrılan vəsaitlə alınan avtomobillərin qısa zamanda sıradan çıxmasının səbəbi isə bəlli deyil. Qeyd edək ki, "London taksiləri" kimi tanınan TX4 markalı məşhur keblər əvvəlcə Britaniyanın "Manganese Bronze" şirkəti tərəfindən istehsal edilirdi. Lakin 2013-cü ildə Çinin "Geely" avtomobil şirkəti "Manganese Bronze"nin səhmlərini alıb. Bununla da "London taksiləri" tamamilə "kitayski" olub. Sözügedən avtomobillərin Azərbaycana daşınmasını isə Türkiyənin "Savay Lojistik" şirkəti həyata keçirib. Hazırda yüzlərlə taksi adıçəkilən ərazidə baxımsız haldadır. Həmin videonu təqdim edirik:
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












