Lüks avtomobillər küçələrə atılır - FOTOLAR

Dünyanın ən zəngin şəhərlərindən biri olan Dubayda parklarda, küçənin ortalarında olduqca lüks olan “Ferrari” və “Porsche” kimi avtomobil modellərini sahibləri tərk edib. Səbəbi nədir bəs?
Avtosfer.az xəbər verir ki, benzinin çox ucuz olduğu, iqtisadi durumunun da yaxşı olduğu Dubayda küçəyə atılmış bu lüks avtomobillər görən hər kəsi ağzı açıq qoyur. Dubayın tozlarına qərq olmuş və aylardır motoru işə salınmayan bu avtomobillər niyə tərk edilib? Hər kəsi bu sual maraqlandırır. Tərk edilmiş avtomobillər sırasında “Mercedes”, “Audi” v ə BMW” kimi markaların ən bahalı modelləri də yer alır.
Deyilənə görə, sahibləri avtomobilinin borcunu ödəyə bilmədiyinə görə bu lüks avtomobilləri tərk etməli olublar.
Ərəbistanda avtomobil borcunu ödəyə bilməyən sürücünü qoruyacaq və ya ona güzəşt ediləcək bir qanun yoxdur. Borcunu ödəməyən həbs olunur. Həbsə girmək istəməyənlər də lüks avtomobillərini tərk edib ölkədən qaçmaqla çarə tapır.
Bildirilir ki, tərk edilən bu avtomobillər müəyyən müddət saxlandıqdan sonra satılır. O müddət tamamlanana kimi isə toz içində qalır.
Fidan
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı




































