"McLaren 720 S" modeli Cenevrədə təqdim edildi - FOTO

Cenevrədə "McLaren 650 S" modelinin sələfi təqdim edilib. Avtosfer.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Britaniya şirkəti yeni "McLaren 720 S" avtomobilini Cenevrə avtomobil sərgisində təqdim edib. "McLaren 720 S" karbon lifindən hazırlanmış monokokla təchiz edilib. Avtomobilin mühərriki arxa hissəyə quraşdırılıb. Yük yerində V8 tipli, 4 litr həcmli tvin-turbo mühərriki var. Mühərrik 710 at gücü hasil edir. Avtomobilin çəkisi də azaldılıb. Bu isə mühərrikdən daha effektiv istifadə etməyə şərait yaradır. Yerindən 100 km/saat sürəti cəmi 2.9 saniyəyə yığır. "McLaren 720 S"-in maksimal sürəti 341 km/saatdır. Bundan başqa mühəndislər avtomobilin aerodinamikasına, idarəetmə sisteminə, təhlükəsizlik və sürücüyə yardım sistemlərinə də əl gəzdiriblər.
















ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












