Məmurlar hələ də "NAZ" alır? – AÇIQLAMA

“NAZ Lifan”ın yeni modeli Lifan 820-dir. Bu modelin cari ildən istehsalına başlanılıb. Yaxın zamanlarda təqdimat mərasimi keçiriləcək”. Avtosfer.az xəbər verir ki, bu barədə azvision.az-a Naxçıvan Avtomobil Zavodunun (NAZ) İcraçı direktorunun müavini Polad Sadıxov deyib. O, bildirib ki, yeni model sedan tiplidir və biznes sinfinə aiddir. P.Sadıxov qeyd edib ki, hazırda satışda olan avtomobillərdən bir çoxlarını nazirliklər alıb: “Daxili müştərimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Veteranlar üçün bizə avtomobillər sifariş olunur. Həmçinin Ədliyyə Nazirliyi də bizim maşınlardan alıb. Hazırda dövlət qurumları tərəfindən sifarişlər daxil olur. Yeni model baha olduğu üçün digərləri ilə nisbətdə az satılır”.
Məmurların şəxsi istifadə üçün müraciətlərinə gəlincə, direktor müavini qeyd edib ki, belə sifarişlər çox olur.
Qeyd ki, NAZ alan qurumlar sırasına Təhsil Nazirliyi, "Xəzər Dəniz Gəmiçiliyi” QSC, Gəncə Avtomobil Zavodu, Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti, "Azpetrol", Dövlət Neft Şirkəti, "Cahan Holding" və başqaları daxildir.
Xatırladaq ki, bu ilin yanvarın 26-da prezident İlham Əliyev Azərbaycan məmurlarına xidməti maşın kimi Naxçıvanda istehsal edilən "NAZ Lifan" markalı maşınlardan istifadə etməyi məsləhət görüb. Ölkə başçısı deyib ki, indi o vəziyyət deyil ki, kimsə özü üçün xüsusi bir avtomobil alsın, özü də dövlət hesabına. "Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir".
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












