"Mən fahişəlik edib bu maşını alanda..." – FOTO

Tanınmış gənc aktrisa Pərvin Abiyeva sosial şəbəkə vasitəsilə onu tənqid və təhqir edənlərə möhkəm əsəbiləşib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, aktrisa sərt şəkildə onu qınayanların cavabını verib. “Bəzən bu ölkədə yaşayan bəzi səviyyəsizlərin ucbatından öz ölkəmdə doğulub, yaşadığıma nifrət edirəm. Vaxtı ikən böyük sənətkarımız yaşayarkən bu səviyyəsiz şəkli düzəldib, yaydınız, səsimi çıxarmadım. Amma indi insafınız, şərəfiniz, ləyaqətiniz olsun. Bu xanım rəhmətə gedib və artıq onun evi var. Ayıbdır, özünüzə hörmət etmirsiniz, mənə etmirsiniz, heç olmasa Nuriyyə xanımın ölüsünə hörmət edin.
Kimə nə mənim “Porsche”nim var və necə almışam?! Mən sizdən soruşuram nə işlə məşğulsunuz, necə pul qazanırsınız, nə sürürsünüz? Bu xanım mənim çox hörmət etdiyim, filmlərindən bəhrələndiyim bir aktrisadır və hər zaman da bəhrələnəcəm. Amma bu, o demək deyil ki, elə o vaxtdan bu vaxta kimi evsiz olub, pul qazanmayıb. Nə bilmək olar, o cavan vaxtlarında sənəti ilə nə qədər pul qazanıb və itirib.
Bəlkə mən də o yaşıma çatanda evsiz qalacam, küçədə yaşayacam. Onda da yeni sənətə hansısa gənc, imkanlı xanımla məni müqayisə edəcəksiniz? Mən belə insanlardan iyrənirəm. Bu şəkli gündəmə gətirməklə, reytinq qazanıb, özünüz kimi səviyyəsizlərin diqqətini cəlb edib, gic-gic şərh yazanların fikri ilə məni hörmətdən sala bilməyəcəksiniz. Mənim yetərincə sevənim var və hər kəs məni sevmək məcburiyyətində deyil.
Bu şəkilin altına elə səviyyəsiz şərhlər yazırlar ki, elə bil mən fahişəlik edib bu maşını alanda hamısı mənimlə birlikdə olublar. Necə də əminliklə danışırlar... Bəsdirin, boş-bekar gəzdiniz İnstaqramda, Feysbukda süləndiniz. İş tapıb, işləyin. Siz də nəinki “Porshe”, bundan da artığına sahib olun. İnsan gərək həyatda hər zaman məqsədlə yaşasın, kiməsə paxıllıq edərək, arxasınca danışaraq yox! Hər necə almışam, yaxşı eləmişəm.
İnşallah, Nuriyyə xanım sağ olarkən bu şəkili və müqayisəni görməyib. Kimisə qınamadan öncə hər kəs öz həyatına nəzər salsın. Allahım, şükür olsun ki, mənə nə kin, nə nifrət, nə paxıllıq, nə qeybət hissini nəsib etmədin”.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












