"Mercedes-Benz" yeni modellərini təqdim etdi - FOTO

"Mercedes" şirkəti yeni "SL" və "SLC" modellərini təqdim edib. Avtosfer.az xəbər verir ki, hər iki model üzərində yeniliklər edilib. "SL Designo Edition" və "SLC RedArt Edition" xüsusi modellərində müxtəlif dəyişiklər edilib. "SLC RedArt Edition" paketi "SLC 180", "SLC200", "SLC 250D", "SLC300" və "SLC 43 AMG" modelləri üçün nəzərdə tutulub. Bu paketə kuzovun 8 rəng çaları, ön splitter, təkərlər, arxa diffuzor və salon tərtibatında görmək mümkün olan qırmızı rəng elementləri daxildir. Salon dəridən və karbondan hazırlanmış elementlərlə təklif edilir. "SL Designo Edition" paketində isə ən çox dəbdəbə nəzərdə tutulub. Xüsusi AMG disklər, salon üçün nəzərdə tutulmuş ağ rəngli bahalı "Nappa" dərisi, ağ təhlükəsizlik kəmərləri, ağ-qara dəridən işlənmiş sükan paketə daxildir. Bundan başqa, salonun təchizatına müxtəlif təhlükəsizlik və sürücüyə yardım sistemləri əlavə edilib. Bu paket "SL 400" və "SL 500" modelləri üçün nəzərdə tutulub.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO


























