"Mercedes-Maybach G 650 Landaulet" 1,2 milyon avroya satılıb - FOTO

99 nüsxəlik tirajla buraxılmış Mercedes-Maybach G650 Landaulet modelinin son nüsxəsi Bonhams hərrac evi tərəfindən təşkil edilən hərracda 1,2 milyon avroya (2,4 milyon manata), adının çəkilməsini istəməyən, belçikalı müştəriyə satılıb. Xatırladaq ki, baza qiyməti 630 min avro olan dəbdəbəli ofroderin birinci nüsxəsi 1,3 milyon avroya satılmışdı.
“Lando” kuzovlu ofroder Mercedes-Benz G 500 4x4² modelinin bazasında yaradılmışdır. Bu dəbdəbəli ofroderin portal körpülər və bütün differensialların qapanması ilə təchiz edildiyidən xəbər verir. Mercedes-Maybach G 650 Landaulet ofroderinin klirensi 450 millimetrə bərabərdir. Avtomobilin təkər bazasının uzunluğu 3428 millimetrdir ki, bu da Mercedes-Benz G-Class modelinin standart variantında olduğundan 578 millimetr daha uzundur.
İlk Maybach ofroderi Mercedes-AMG bölməsinin məhsulu olan V12 mühərriki ilə hərəkətə gəlir. 6,0-litrlik mühərrik 630 at qüvvəsi və 1000 Nm fırlanma anı təklif edir. Mercedes-Maybach G 650 Landaulet modelinin ilk kütləvi təqdimat mərasimi mart ayında keçirilmiş 87-ci Beynəlxalq Cenevrə avtosalonunda baş tutmuşdur. Mercedes-Maybach G 650 Landaulet ofroderinin istehsalı Magna Steyr şirkətinin Avstriyadakı müəssisəsində aparılır. (Autograph)
Orxan


Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










