"Mercedes"lər Azərbaycandan Almaniyaya daşınacaq - Yanacağı çox "yeyir"

Bakıda çox yanacaq işlətdiyi üçün imtina edilən iri mühərrikli avtomobillərə müştəri tapılıb. Belə ki, ötən ildən etibarən satılmadığı üçün bazarlarda qalan və qiyməti xeyli aşağı düşən iri mühərrikli maşınlar Almaniyaya daşınacaq. “VIP Escort Motors” avtomobil şirkəti iri mühərrikli ikinci əl “Mercedes”lərin alışına başlayır. Şirkətin rəhbəri Rəşad Quliyev bildirib ki, hazırda bu avtomobillərin alışını həyata keçirəcək firma ilə bağlı sənədləşmə işləri aparılır. İyul ayından etibarən 2010-2015-ci il istehsal tarixli 5.0-6.3 litr mühərrikli “Mercedes ML”, “Mercedes GL”, “Galendevagen”, “Mercedes SLS” və digər modellərin alışına başlanacaq.
R.Quliyev bildirib ki, avtomobilllərin qəbulu üçün əsas şərt onun texniki passportunda qeyd edilən şassi nömrəsidir: “Belə ki, şassi nömrəsinin ilk 10 rəqəmi avtomobilin kefiyyətinin göstəricisidir. Bu nömrə əvvəlcə yoxlanılır. Kefiyyət uyğun gəlirsə, avtomobil hazırkı bazar qiymətinə uyğun olaraq dəyərləndirilir və alınır”. R.Quliyev bildirib ki, hələlik yalnız iri mühərrikli “Mercedes” modelləri alınacaq. Sonrakı mərhələdə digər iri mühərrikli avtomobillərin də alışı həyata keçirilə bilər.
Fins.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












