MG-nin E-Motion elektrokupesi - FOTO

Çinin SAIC şirkətinin MG markası Şanxay şəhərində E-Motion elektrik kupesinin konseptini təqdim etdi. Firma dördyerli prototipin əsasında 2020-ci ilədək seriya avtomobili buraxmağı planlaşdırır. İkiqapılı üçün güc qurğusunu SAIC-da hazırlayıblar. Təfərrüatların çoxu gizli saxlanır. Lakin, konseptin yerindən 100 km/saatadək dörd dəqiqədən tez sürət yığdığı məlumdur. Bununla belə maksimal hərəkət ehtiyatı 500 kilometrdən artıqdır. “Qanad” qapılar və arxada böyük diffuzoru olan aerodinamik komponentlər çoxluğu yeni eksteryerin xüsusiyyətləri oldu. Bununla belə, qabaq optika işıqlandırma rejiminin dəyişməsi zamanı qalxan aktiv “qapaqla” fərqlənir. Konsept həmçinin demək olar ki, tam şüşə dam əldə edib. Autocar-ın verdiyi məlumata görə, kupenin seriya versiyasının qiyməti 40 min dollardan aşağı ola bilər. MG modelin istehsalına ictimaiyyətin konseptə olan reaksiyasnı qiymətləndirdikdən sonra qərar verəcək.







ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












