Nikola Motors "bərkgedən" baggi hazırlayıb

Bagginin ən güclü variantı 555 at qüvvəsi hasil edən qurğu ilə təchiz ediləcəkdir. Nikola Motors şirkəti One layihəsi sayəsində məşhurlaşıb.
Bu layihənin qəhrəmanı 1000 at qüvvəsinə malik olan və hidrogenlə çalışan yük avtomobilidir. Layihə təqdim edildikdən sonra, firma 2000 at qüvvəli hibrid yük avtomobilini və adı çəkilən baggini hazırlayacağını bildirmişdi. Keçən il şirkət bagginin şəkillərini dərc etsə də, yeni təsvirlərdə Zero tamamilə fərqli görünür.
İndi isə, istehsalçı ən güclü "içalat" barədə xəbər yayıb. Dörd yerli ofroder 75, 100 və 125 kilovat-saatlıq tutumu olan batareyalar dəsti ilə təklif ediləcəkdir. Müqayisə üçün, ən güclü Testa avtomobili 100 kilovat-saatlıq batareya ilə təchiz edilir.
Tam ötürməli bagginin gücü 415 - 555 at qüvvəsi arasında olacaqdır.
Onun güc aqreqatının fırlanma anı isə 5000 - 6650 Nm təşkil edəcəkdir. Zero modelinin top variantı 100 km/saat həddini 3,9 saniyəyə toplayır. Bagginin yürüş ehtiyatı barədə məlumat verilməsə də, əvvəllər Nikola Motors 322 kilometrdən bəhs etmişdi.
Nikol Zero ABŞ-da 35 min dollara satılacaqdır. Bagginin ümumi yollarda istifadə etmək üçün icazə (əlavə ödənişlə) almaq gərəkdir. Bu ilin sonunda Nikola Motors test-drayvlar keçirmək niyyətindədir. Sifarişlərin qəbuluna isə gələn ilin əvvəlində başlanacaqdır. (autograph)
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO


















